Livan telejurnalisti Suriyada öldürülüb

Livan telejurnalisti Suriyada öldürülüb

"Əl-Məyadin" Livan televiziyasının operatoru martın 8-də Suriyada öldürülüb. SİA İTAR-TASS agentliyinə istinadən bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat verir.

Telejurnalist Ömər Əbd əl-Kader Suriyanın Deyr-əz-Zor şəhərində bir-birinə qarşı duran tərəflər barədə reportaj çəkən zamanı naməlum şəxslər tərəfindən güllələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə