Fələstinə qarşı çıxarılan qərarın ləğvi istənildi

Fələstinə qarşı çıxarılan qərarın ləğvi istənildi

Ərəb və İslam dövlətləri Türkiyədən örnək götürməlidirlər. SİA-nın məlumatına görə, Türkiyənin və Qətərin hər zaman Fələstin xalqının yanında olduğunu deyən Həmas Siyasi Bürosunun üzvü Hayye, Ərəb və İslam ölkələrinin Türkiyədən örnək götürərək Fələstin xalqının çəkdiyi zülmə kömək etmələrini bildirib.

Həmasın Qəzzada vəziyyəti nəzarətə aldığı 2007-ci ildən bəri fəaliyyəti dayandırılan Misir səfirliyinin qarşısında keçirilən nümayişdə çıxış edən Həmasın siyasi büro üzvü Xəlil Əl Hayyə Misir məhkəməsini siyasi çəkişmələrdən uzaq olmağa və Fələstinə qarşı çıxarılan qərarı ləğv etməyə çağırıb.

Qeyd edək ki, Qahirə Məhkəməsi Həmas təşkilatının Misirdəki fəaliyyətinin qadağan olunması və ölkədə fəaliyyət göstərən mərkəzlərinin bağlanmasına qərar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə