Ukraynada maliyyə böhranı hökm sürür

Ukraynada maliyyə böhranı hökm sürür

Ukrayna Krım böhranı ilə yanaşı maliyyə böhranı ilə də mübarizə aparır. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, Ukrayanın xəzinəsində heç pul qalmadığı bildirilir. Turizm sahəsindəki gəlirinin də Krımdakı hadisələr səbəbindən aşağı düşəcəyi gözlənilir.

Digər tərəfdən, Rusiya təbii qazın qiymətini artıq aşağı verməyəcəyini və Ukraynanın 2 milyard avro qaz borcu olduğunu bildirib.

Avropa Komissiyası Ukraynaya gələcək bir neçə ildə 11 milyard avroluq bir yardım paketi düşündüyünü açıqlayıb amma yardımı Kiyevin Beynəlxalq Pul Fondu ilə bağlayacağı müqavilədən asılı olduğunu əsas gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə