Fələstin-İsrail münaqişəsinin nizama salınması məsələsini müzakirə edilib
ABŞ-ın dövlət katibi Con Kerri İordaniyaya qısamüddətli səfərə gəlib.
İordaniyanın "Petra" dövlət informasiya agentliyi xəbər verir ki, Kral II Abdullanın Amerikanın xarici siyasət idarəsinin rəhbəri ilə Akabe şəhərində keçirilmiş görüşündə danışıqların başlıca mövzusu Con Kerrinin vasitəçilik missiyası ilə Fələstin-İsrail münaqişəsinin nizama salınması məsələsi olub.
Görüşdə C.Kerri İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ-a səfərinin və bu problemin Prezident Barak Obama ilə müzakirələrinin nəticələri məsələsinə toxunub. Qeyd etmək lazımdır ki, İsrail ilə Fələstin arasında ABŞ-ın himayəçiliyi ilə aparılan danışıq prosesi çərçivəsində Barak Obama martın ortalarında Fələstin rəhbəri Mahmud Abbasla görüşməyi planlaşdırır.
İordaniya Kralı II Abdulla bütün tərəflərin və dünya birliyinin regionda ədalətli və universal sülhün bərqərar olması üçün göstərilən səyləri dəstəkləməsinin vacib olduğunu təsdiqləyib.
ABŞ dövlət katibi İordaniya Kralının Yaxın Şərqdə və ümumiyyətlə, regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsinə yönəldilmiş səylərini alqışlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB