İraq yenidən qan gölünə çevrildi

İraq yenidən qan gölünə çevrildi

İraqın paytaxtı Bağdadın Hay əl-Amil ərazisində baş verən partlayışda 6 nəfər ölüb, 15 iraqlı yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, paytaxtın Aşere-i Mübeşşere məscidi yaxınlığında törədilən ikinci terror aktı nəticəsində 3 nəfər həyatını itirib, 8 nəfər ağır xəsarət alıb.

Ölkənin şimal Diyala vilayətində baş verən digər bir partlayışda 4 iraqlı ölüb, 7-si yaralanıb. Kərkükdə isə neft mədənləri qarşısında polislərə qurulan pusquda 2 polis ölüb, 4-ü ağır xəsarət alıb.

Mosulda İntisar məhəlləsinə atılan bomba isə 2 nəfərin həyatına son qoyub, çox sayda yaralanan var.

Qeyd edək ki, baş verən partlayışlarla bağlı rəsmi açıqlama verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə