Okeanı 3 saata keçəcək yeni təyyarə

Okeanı 3 saata keçəcək yeni təyyarə

Amerikalı iş adamları London – Nyu York avisəfərlərin müddətinin üç saatadək endirilməsi üçün xüsusi təyyarələr hazırlamağı planlaşdırırlar. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu məqsədlə Bostonda yeni bir firma daha öncə bu sahədə çalışan "Airbus" və "Gulfstream" firmalarının ən yaxşı mütəxəssislərindən yeni qrup təşkil edib. Qrupun hazırlayacağı təyyarə saatda 700 km sürətlə uça biləcək. "S -512" adlanan və 40 metr uzunluğa malik olan təyyarədə 18 sərnişin səyahət edəcək. Həmçinin bu təyyarə ilə Londondan Bumbaya 4 saata getmək mümkün olacaq.

43 milyon avroya başa gələcək bu təyyarənin istehsalı üçün maliyyə vəsaiti əldə olunsa, "S -512" ilk uçuşunu 2018-ci ildə həyata keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə