Fransa Senatının sədri növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək

Fransa Senatının sədri növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək

Fransa parlamentinin yuxarı palatası - Senatın sədri Jan-Pyer Bel "Le Monde" qəzetinə verdiyi müsahibəsində sentyabr ayında Senatın sədrliyinə keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyəcəyini bildirib.

Fransanın Sosialist Partiyasının təmsilçisi Jan-Pyer Bel 2008-ci ildə Senat sədrliyinə keçirilmiş seçkilərdə qələbə qazanıb. O, növbəti seçkilərdə namizədliyini irəli sürməməsinin siyasət aləmindən getməsi ilə əlaqədar olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə