Fransa Prezidenti Krımın ayrılmasını beynəlxalq hüququn pozulmasına cəhd kimi qiymətləndirib

Fransa Prezidenti Krımın ayrılmasını beynəlxalq hüququn pozulmasına cəhd kimi qiymətləndirib

SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Fransa prezidenti Fransua Olland Krımın Ukraynadan ayrılmasına edilən cəhdi beynəlxalq hüququn prinsiplərinin pozulması kimi qiymətləndirib.

"Ukrayna, bu, bütöv Ukraynadır. Xüsusi hüquqlar, geniş muxtariyyət vermək, 1994-cü ilin müqaviləsinə əsasən hərbi baza yerləşdirmək olar. Bütün bunlar başa düşüləndir və Ukraynanın yeni hökuməti də bunu qəbul edir. Lakin Ukraynanın ərazi bütövlüyünün sual altına alınması qəbuledilməzdir" – deyə Olland əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə