ABŞ-ın dövlət katibi Con Kerri Romada Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüş zamanı Rusiya və Ukraynaya birbaşa danışıqlar, həmçinin, Krıma və Ukraynanın şərqinə beynəlxalq müşahidəçilərin daxil olmasını təklif edib. Bu barədə SİA "RİA Novosti"yə istinadən məlumat verib.
"Dövlət katibi vurğulayıb ki, rusiyalılarla ukraynalılar birbaşa dialoq qurmalıdır. O, həmçinin, Krıma və Ukraynanın şərqinə beynəlxalq müşahidəçilərin daxil olması məsələsinin vacibliyinə də toxunub" – deyə xəbərdə bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB