Cen Psaki: “Beynəlxalq müşahidəçilərin Krıma buraxılması hakimiyyətin maraqlarına xidmət edir”

Cen Psaki: “Beynəlxalq müşahidəçilərin Krıma buraxılması hakimiyyətin maraqlarına xidmət edir”

ABŞ hesab edir ki, beynəlxalq müşahidəçilərin Krıma buraxılması hakimiyyətin maraqlarına xidmət edir.

SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki deyib.

"Bildiyimiz kimi, bu gün müşahidəçilər Krıma daxil ola bilməyiblər. Onlar yenidən buna cəhd edəcəklər. Əgər Rusiya hakimiyyəti azlığın maraqlarını müdafiə edirsə, müşahidəçilərin də daxil olmasını təmin etməlidir. Bunlar eyni prosesin bir hissədir" – deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə