Miller: “2 gün sonra Ukraynanın qaza olan borcu 2 milyard dollara çatacaq”

Miller: “2 gün sonra Ukraynanın qaza olan borcu 2 milyard dollara çatacaq”

Ukraynanın qaza olan borcu martın 7-dən 440 milyon dollar olacaq və 2 milyard dollara çatacaq. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu "Qazprom"un sədri Aleksey Miller deyib.

"Ukrayna 1 milyard 529 milyon dollar borcundan ancaq 10 milyon dollar azalda bilib. Lakin martın 7-dən Ukraynanın borcu fevral ayında satılmış mavi yanacağa görə, 440 milyon dollar artacaq" – deyə, o bildirib.

Miller vurğulayıb ki, ukraynalı həmkarları fevral ayının borcunun birdəfəlik bağlanmasını həyata keçirə bilməyəcəklər: "Ona görə də, borc getdikcə artır və 2 milyard dollara yaxınlaşır".

Bütün xəbərlər Facebook səhifəmizdə