Barrozu Ukraynadakı böhranı Konstitusiya çərçivəsində həll etməyə çağırıb

Barrozu Ukraynadakı böhranı Konstitusiya çərçivəsində həll etməyə çağırıb

Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Rusiya ilə Ukrayna arasında birbaşa dialoqun qurulmasına çağırış edib.

SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Barrozu eyni zamanda, Ukrayna üçün 11 milyard avroluq yardım paketi haqqında da danışıb.

"Bizim prioritetimiz hazırki böhranı sülh yolu ilə aradan qaldırmaqdır. Biz vəziyyətin stabilləşdirilməsi üçün başladılmış fəaliyyətin sona çatdırılmasını gözləyirik. Krımdakı vəziyyət Ukrayna konstitusiyası çərçivəsində siyasi dialoqun qurulması vasitəsilə həll edilməlidir. Eyni zamanda, Rusiya ilə Ukrayna arasında birbaşa dialoqun qurulmasını dəstəkləyirik. Düşünürəm ki, beynəlxalq müşahidəçilərin Krıma daxil olmasına kimsə mane olmayacaq" – deyə Barrozu əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə