BƏƏ, Bəhreyn və Səudiyyə Ərəbistanı səfirlərini Qətərdən geri çağırıblar
Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn və Səudiyyə Ərəbistanı təhlükəsizliklərini təmin etmək məqsədilə səfirlərini Qətərdən geri çağırıblar. Bu barədə SİA "RİA Novosti"yə istinadən məlumat verib.
Məlumatda deyilir ki, səfirlərin geri çağırılmasına səbəb Qətərin qonşu ölkələrin daxili işlərinə qarışması və regionda təhlükəsizliyin təmin edilməsi istiqamətində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir.
Səfirlərini geri çağırmış üç ölkənin birgə bəyanatında bildirilir ki, təhlükəsizliklərini və stabilliklərini qoruyub saxlamaq məqsədilə məcburi addım atıblar. Ölkələr həmçinin, Qətərin üzərinə düşən öhdəlikləri yerinə yericəyinə ümidvar olduqlarını da bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB