Lavrov Ukrayna üçün 21 fevral razılaşmasının vacibliyini bir daha xatırladıb

Lavrov Ukrayna üçün 21 fevral razılaşmasının vacibliyini bir daha xatırladıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada vəziyyətin normallaşdırılması üçün 21 fevral razılaşmasının prinsiplərinə riayət etməyin vacibliyini bir daha xatırladıb. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Sergey Lavrov Avropa diplomatiyasının rəhbəri Ketrin Eşton ilə keçirdiyi görüşdə səsləndirib.

Görüşdə Ukraynadakı vəziyyət geniş şəkildə müzakirə edilib.

Məlumatda deyilir ki, Lavrov əsasən Rusiya Prezidenti Vladimir Putinin martın 4-də verdiyi müsahibəsində səsləndirdiyi fikirlərə diqqət çəkib.

Qeyd edək ki, 21 fevral razılaşmasına görə, Ukraynada bütün qeyri-qanuni silahlılar tərki-silah edilməli və vahid milli hökumət yaradılmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə