Rusiya xüsusi təyinatlıları Yevpatoriyanın hərbi raket bazasına doğru irəliləyir MÜDAXİLƏ

Rusiya xüsusi təyinatlıları Yevpatoriyanın hərbi raket bazasına doğru irəliləyir MÜDAXİLƏ

Rusiyaya məxsus xüsusi təyinatlılar Ukraynanın kurort şəhəri sayılan Yevpatoriyaya doğru irəliləməkdədir. SİA "Novosti Krıma" agentliyinə istinadən xəbər verir ki, rus hərbçiləri ukraynalılardan hərbi hissələri tərk etmək üçün tələb irəli sürməkdədirlər. Lakin Ukrayna hərbçiləri geri çəkilmək niyyətində olmadıqlarını bildiriblər.

Ukraynanın unian.net saytı isə xəbər verir ki, rusların irəlilədikləri istiqamət şəhər daxilindəki hərbi raket bazasıdır. Sayt xəbər verir: "Xüsusi təyinatlı "qastrolçular" hazırda Ukraynanın zenit-raket hərbi hissəsinin ("A-4519") Yevpatoriyadakı hərbi hissəsinə hücum etmək üzrədirlər. Xüsusi təyinatlılara yerli radikallar silahlı dəstək göstərirlər. Atəş səsləri eşidilməsə də, qarşı tərəf ukraynalı hərbçilərdən ərazini tərk etməyə çağırış edirlər. Lakin raketçilər təslim olmurlar. Hücumçular Belbekdəki insidentin iştirakçılarıdırlar".

Hərbi hissənin rəsmisi mayor Nikolay Lukyançuk isə bildirib ki, rusiyalı hərbçilərə buraxılmış "Berkut" dəstəsinin silahlıları da dəstək göstərirlər: "Onlar rusların tərəfində döyüşürlər. Ancaq biz dirəniş göstəririk".

Bütün xəbərlər Facebook səhifəmizdə