ABŞ prezidenti Barak Obama Rusiya dövlət başçısının Vladimir Putinin Ukrayna ilə bağlı fikirlərinə münasibət bildirib. Bu barədə SİA "RİA Novostiyə" istinadən xəbər verib.
"Yəqin ki, Putinin fərqli hüquqşünasları var. Ola bilsin onun fərqli interpretasiyaları var. Amma düşünmürəm ki, bütün bunlar kimlərisə aldada bilər" – deyə Obama bildirib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya olan münasibətinə görə digər dövlətlərin ondan uzaqlaşmasına gətirib çıxara bilər: "Rusiyanın yaxınlığında yerləşən ölkələrin onun bu cür müdaxilə fəaliyyətindən narahatlıq duyurlar və şübhə ilə yanaşırlar. Rusiyanın Ukraynaya olan münasibətinə görə digər dövlətlərin ondan uzaqlaşmasına gətirib çıxara bilər" – deyə Obama əlavə edib.
Qeyd edək ki, ABŞ Ukrayna üçün 1 milyard dollar həcmində yardım paketi hazırlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB