Türkiyədə hərbi sənaye sahəsində fəaliyyət göstərən Roketsan Mızrak-U adında Atak helikopterində tanklara qarşı istifadə olunan raket sistemi hazırlanıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, sistem ilk testdən bacarıqla keçib.
Yeni Mızrak-U raket sistemi 8 kilometrə qədər məsafəni qət etmək gücünə malikdir. Super Kobra helikopterinə quraşdırılan sistem 3 min 500 metrlik məsafədə olan hədəfi asanlıqla vurur.
Sistem əsasən Atak helikopterində quraşdırılacaq ki, bu helikopter türk mühəndislər tərəfindən təkmilləşdirilib.
Beynəlxalq aləmdə böyük maraq doğuran sistemin istehsalına 2015-ci ildə başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB