Krımda vəziyyət gərgin olaraq qalır. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bütün strateji nöqtələr rus əsgərləri və Rusiya tərəfdarı olan silahlı qüvvələrin nəzarətindədir. Paytaxt Ağməscidin mərkəzində yerləşən Ukrayna Dəniz Qüvvələrinin Sahil Təhlükəsizlik Qərargahı da mühasirə altındakı strateji nöqtələrdən biridir.
Ukrayna Rusiyanın Krıma 16 min əsgər göndərdiyini açıqlayıb.
Digər tərəfdən Ukrayna sərhəddində hərbi təlim həyata keçirən Rusiya təlimin başa çatdığını və 150 hərbçinin bazalarına qayıtdıqlarını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB