Rusiya prezidenti Vladimir Putin hərbi təlimlərdə iştirak etmiş qoşun və birləşmələrə daimi dislokasiya yerlərinə qayıtmaq əmri verib. SİA-nın İnterfaks xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin mətbuat katibi Dimitri Peskov məlumat verib.
"Dünən təlimlərin uğurla keçməsi barədə Putinə məruzə edildikdən sonra, prezident hərbi təlimlərdə iştirak etmiş qoşun və birləşmələrə daimi dislokasiya yerlərinə qayıtmaq əmri verib. Silahlı qüvvələrimiz fevralın 26-dan Ukraynaya səfərbər edilib. Ölkə başçısı Vladimir Putinin əmrinə əsasən, bu gündən onlar geri qayıtmağa başlayıblar" - deyə, sözçü vuğulayıb.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə 150 min əsgər, 120 vertolyot, 90 təyyarə, 880 tank, 80 döyüş gəmisi qatılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB