Avropanın bir sıra ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri Narvada görüşəcəklər
Avropanın bir sıra ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri martın 6-7-də Estoniyanın Narva şəhərində görüşəcəklər.
Görüşdə İsveç, Estoniya, İslandiya, Litva, Latviya, Norveç, Polşa, Slovakiya və Finlandiyanın XİN rəhbərlərinin, habelə Çexiya, Macarıstan və Danimarka xarici işlər nazirləri müavinlərinin iştirak edəcəyi gözlənilir.
Ukraynada vəziyyətlə bağlı münasibətlərin, habelə Avropa İttifaqının qonşu ölkələri ilə münasibətlərin, siyasət, təhlükəsizlik, enerji təchizatı və infrastruktur məsələlərinin başlıca müzakirə mövzusu olacağı ehtimal edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB