NATO-nun Baş katibi Rusiyanı qınayıb

NATO-nun Baş katibi Rusiyanı qınayıb

Brüsseldə Ukrayna ilə bağlı keçirilən fövqəladə iclasda Şimali Atlantika Təşkilatının və NATO - Ukrayna birgə komissiyasının görüşündən sonra Baş katib Andres Foq Rassmusen Rusiyanın Krıma hərbi müdaxiləsinin artmasını qınayıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ukraynanın ərazi bütövlüyünə diqqəti çəkən Rasmussen Rusiya dumasının Ukrayna torpaqlarında rus orusunun müdaxiləsinə dair verdiyi qərardan narahat olduğunu bildirib.

NATO-nun Baş katibi Moskva hökumətinə əsgərlərin geri çəkilməsini, Ukraynanın başqa bir yerində də hansısa bir müdaxilədən uzaq olmasını söyləyib.

Tərəflərin bu məsələni sülh yoluna qoyması üçün təcili toplantı keçirilməsinin vacib olduğunu vurğulayan Rasmussen bu məsələdə Moskva ilə danışıqların aparılacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə