Krıma rus əsgərlərinin göndərilməsi ilə bağlı Rusiya parlamentində qəbul edilən qərar ABŞ rəhbərliyi tərəfindən narazılıqla qarşılanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, məsələ ilə əlaqədar ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlayaraq 90 dəqiqə ərzində Ukraynada baş verənləri müzakirə edib.
Daha sonra Ağ Evdən mətbuata verilən xəbərdə bildirilib ki, Obama rusiyalı həmkarına "BMT müqaviləsi"ndə göstərilən öhdəlikləri, 1997-ci ildə Ukrayna ilə Rusiya arasında hərbi bazanın yaradılması ilə əlaqədar əldə olunan razılaşmanı, Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün pozulmasının Budapeşt Bəyannaməsi və Helsinki Yekun Aktı ilə uyğunlaşmadığını xatırladıb: "ABŞ Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsini qınayır. Rusiya Krımdakı hərbi bazasına geri qaytararaq Ukraynaya etdiyi təzyiqi azaltmalı, ümumilikdə isə iki ölkə arasındakı bu münaqişəyə son qoymalıdır".
ABŞ-ın xarici işlər naziri Con Kerri isə "Associated Press" agentliyinə açıqlamasında deyib ki, yaşanan hadisələrə görə Rusiya Soçidə keçiriləcək G-8 sammitindən məhrum edilə bilər: "Vəziyyət dəyişməsə, bu ölkənin hətta "G-8"dən xaric edilməsi ehtimalı var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB