Apreldə Ukraynanın Rusiyadan aldığı qazın qiyməti bahalaşacaq. Bu barədə SİA rus mətbuatına istinadən xəbər verir.
Bundan əvvəl Rusiyanın energetika naziri Ukraynanın 2 milyard dollar həcmində borcu olması ilə əlaqədar qiymətlərin qalxacağı barədə məlumat vermişdi. Fevralda Ukraynanın Rusiyadan aldığı qazın min kubmetrinin qiyməti 268,5 dollar təşkil edib. Bu rəqəm mart ayı üçün də keçərlidir. Güzəştlərin davamı ilə bağlı tərəflər arasında anlaşma baş tutmasa, qiymət yenidən 400 dollar ola bilər. Hazırda isə "Naftoqaz" "Qazprom"la mövcud qiymət tarifinin qorunub saxlanılması ilə bağlı danışıqlar aparır.
Nazirliyin məlumatında bildirilib ki, Ukrayna Rusiya ilə hərbi münaqişəyə başlasa, o zaman qazla bağlı başqa variantlara da baxa bilər. Ukraynanın Macarıstan və Polşadan 6 mln. kubmetr qaz idxal etmək imkanı var. Habelə Slovakiyadan qaz almaq üçün texniki imkanlar mövcuddur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB