ABŞ dövlət katibi Con Kerri bu gün Ukraynaya səfər edəcək. SİA-nın xəbərinə görə, bu barədə Kerri "twitter" səhifəsində yazıb. Kiyevə yola düşən ABŞ dövlət katibi sabah Ukrayna rəhbərliyi ilə görüşəcəyini bildirib.
ABŞ Dövlət Departamentindən bildirilib ki, C. Kerri Ukraynanın yeni hökumətinin təmsilçiləri, Ali Radanın rəhbərliyi, vətəndaş cəmiyyətinin liderləri ilə görüşəcək: "Dövlət katibi Ukraynanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və Ukrayna xalqının kənardan müdaxilə və təxribatlar olmadan öz gələcəyini sərbəst müəyyən etmək hüququna ABŞ-ın qəti dəstəyini ifadə edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB