Ərdoğan: “Gülən Türkiyəyə qayıtmalıdır”

Ərdoğan: “Gülən Türkiyəyə qayıtmalıdır”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fətullah Güləni Türkiyəyə geri çağırır. Bu barədə SİA türk mətbuatına istinadən xəbər verir.

Baş nazir söyləyib ki, əgər Gülən həqiqətən günahkar deyilsə, o zaman Türkiyəyə qayıtmalıdır: "Fətullah Gülən heç bir gühanı olmadığına və söylədiklərinin həqiqət olduğuna əmindirsə, qoy o zaman Türkiyəyə qayıtsın. Gülən hərəkatı özünün dövlətə qarşı fəaliyyət göstərməsi ilə sübut etdi ki, o dini cərəyan deyil, əslində siyasiləşmiş və qeyri-leqal strukturdur".

Xatırladaq ki, Fətullah Gülən hazırda ABŞ-da yaşayan dini ictimai xadimdir.

Bütün xəbərlər Facebook səhifəmizdə