Ermənilər Türkiyədə terrora hazırlaşır?

Ermənilər Türkiyədə terrora hazırlaşır?

Aprel ayının 15-də ermənilər Türkiyədə silsilə terror aktları həyata keçirməyi planlaşdırırlar. SİA-nın türk mətbuatından əldə etdiyi xəbərə görə, xüsusilə, Qars, Iğdır və Qaziantepdə baş tutması planlaşdırılan terror olayları vasitəsilə ermənilər qondarma "erməni soyqırımı"nın ildönümü münasibətilə dünyaya səs salmağa cəhd edirlər.

Qeyd edək ki, Türkiyənin yerli hüquq-mühafizə orqanları artıq lazımı tədbirlərin icrasına başlayıb.

Xatırladaq ki, ermənilər mütəmadi olaraq hər il aprelin 15-də Türkiyədə, 24-də isə Azərbaycanla cəbhə xəttində təxribata əl atırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə