Ukraynanın "Dumskoy" infiomasiya agentliyinin verdiyi xəbərə görə, Odessa limanına ölkənin hərbi dəniz qüvvələrinə məxsus BG-50 tipli "Qriqoriy Kkuropyatnikov" və BG-57 TİPLİ "Mikolaiv" tipli hərbi gəmiləri, eləcə də dəniz mühafizəsinin 3-cü dərəcəyə məxsus, həmçinin, "prezident yaxtası" kimi adlandırılan "Krım" zirehli gəmisi yan alıb. SİA unian.net saytına istinadən xəbər verir ki, SSRİ zamanı qurulan "Krım" gəmisi vaxtilə Mərkəzi Komitənin rəhbərlərini dəniz vasitəsilə Yltanın və Soçinin hökumət bağlarına aparmaq vəzifəsini daşıyıb.
Hazırda analoqu olmayan Ukrauna zirehli gəmisi növbəti əmrləri yerinə yetirmək üçün Odessa limanına yan alıb. Liman xüsusi təyinatlıların nəzarəti altında mühafizə olunmaqla yanaşı, həm də tam hərbi hazırlıq vəziyyətinə gətirilib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB