Ukraynadan Aİ-yə Rusiyaya qarşı futbol sansksiyası tələbi

Ukraynadan Aİ-yə Rusiyaya qarşı futbol sansksiyası tələbi

Ukraynanın yeni hökuməti diplomatik kanallar vasitəsilə Avropa İttifaqına yeni tələb irəli sürüb. SİA unian.net. saytına istinadən xəbər verir ki, Ukrayna Krımda və ölkənin Şərqində Rusiyanın hərbi müdaxiləsini əsas gətirərək, Aİ-yə tələb məktubu göndərib.

Məktubda bildirilir ki, təcavüzkar ölkənin futbol üzrə 2018-ci ildə dünya çempionatı keçirməyə haqqı yoxdur. Brüsseldəki mənbənin adıçəkilən sayta verdiyi xəbərə görə, artıq həmin tələb müvafiq dairələrə çatdırılıb.

Xatırladaq ki, sabah Avropa İttifaqı Şurasının xarici işlər nazirləri çərçivəsində növbədənkənar toplantısı gözlənilir. Toplantıya Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə rəhbəri Ketrin Eşton sədrlik edəcək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə