ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib ki, Rusiya Ukraynaya qarşı tədbiq etdiyi təcavüzünə görə ciddi iqtisadi təcrid olunmaya doğru irəliləyir. SİA "Reuters" agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi CBS kanalında çıxış edərkən, Rusiyanın bu kimi siyasətinə görə Şimal ölkəsinə xəbərdarlıq edib.
"XXI əsrdə XIX əsrin siyasətini yürütmək olmaz. O ki, qala heç bir əsas olmadan başqa ölkənin sərhəd hüdudlarına müdaxilə edəsən" - deyə vurğulayan Kerri onu da bildirib ki, Rusiyanın hələ ki, daha pis nəticələrlə qarşı-qarşıya gəlməməsi üçün hələ ki, zamanı var.
Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitriy Pekov Kerrinin bu bəyanatına hər hansı bir fikir bildirməkdən imtina edib.
Bundan öncə isə, ABŞ prezidenti Barak Obama da Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı həmin ölkənin iqtisadi sanksiyalarla qarşı-qarşıya qalacağını bəyan etmişdi.
Digər tərəfdən, ABŞ prezidenti daha öncədən razılaşdırılmış və bu il Soçidə gözlənilən "Böyük səkkizlik" sammitində iştirak etməyəcəyini də bəyan edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB