Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili Rusiyanın Ukraynaya hərbi təcavüzünü özünəməxsus şəkildə dəyərləndirib. SİA Ukraynanın qlavred.info saytına istinadən xəbər verir ki, "Bu, Putinin aqoniyasıdır"-deyə qeyd edən Saakaşvili onu da bildirib ki, ukraynalılar dünyada ən cəsur xalqlardan biridir. Gürcüstanın keçmiş prezidenti bu barədə Mydandakı çıxışında vurğulayıb.
"Siz zəkalı xalqsınız. Siz onun təcavüzünə qarşı təhlükə yaratdınız" -fikirlərini irəli sürən Mixeil Saakaşvili deyib ki, Vladimir Putin Ukrayna xalqının evinə daxil olub, ancaq bu, onun aqoniyasıdır: "O, hər zaman Ukraynanın tarixi ilə siyasi manipulyasiyalar edib. Lakin bu da uzunmüddətli olmayacaq. Onları (Rusiyanı - qlavred.info) siyasi və iqtisadi izolyasiya gözləyir. Təslim olmayın..."
Xatırladaq ki, Saakaşvili Ukraynanın Avropaya inteqrasiyasi istiqamətində hətta bu ölkənin vətəndaşlığını qəbul etməsinə də hazır olduğunu istisna etməyib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB