Roma Papası dünyanı Ukraynada sülh yaratmağa çağırdı

Roma Papası dünyanı Ukraynada sülh yaratmağa çağırdı

Vatikan radiosu saytının verdiyi xəbərə görə, Roma Papası Fransisk dünyanı Ukraynada sülh yaratmağa çağırış edib. SİA xəbər verir ki, Papa "İlahi mələklər" duasından sonra müraciətində deyib: "Əziz qardaşlar və bacılar, sizlərdən ricam budur ki, bundan sonra da Ukrayna üzərindəki dualarınızı əksik etməyəsiniz. Həmin Ukraynaya ki, o heç də normal həyatı yaşamır. Bütün beynəlxalq ictimaiyyətə müraciət edir və sülh uğrunda istənilən təşəbbüsü dəstəkləməyə çağırıram".

Xatırladaq ki, Ukrayna əhalisinin əksər çoxluğu katolik məzhəbinə mənsubdur və Vatikanın bu ölkəyə xüsusi diqqəti mövcuddur.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə