Çin 2016-ci ildə kosmosa yük gəmisi göndərəcək

Çin 2016-ci ildə kosmosa yük gəmisi göndərəcək

Çin 2016-cı ildə kosmosa "Tiencou" adlı yük gəmisi göndərəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çinin Kosmos Proqramı şirkətinin baş mühəndisi Cou Cienping ölkənin kosmos stansiyasının inşasında yük nəqliyyat sisteminin vacib texnoogiya olduğunu deyib. Onun sözlərinə görə, "Tiencou" kosmosa yeni təkmilləşdirilən "Uzun yol - 7'' roketleri ilə buraxılacaq.

Gəminin məhdud həcmdə yük daşıma qabiliyətinə malik olduğunu deyən Cou bildirib ki, bu kimi nəqliyyat vasitələri ilə kosmosa yük göndərmək baha başa gəlir: "Yük gəmisi inşa olunan kosmos stansiyası üçün materiallarla birgə kosmonavtların ehtiyaclarını da daşıyacaq. Həmçinin Yür kürəsindən uzaqlaşdırılması vacib olan bəzi tullantılar da bu gəmi vasitəsilə kosmosa aparılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə