Krımdakı muxtariyyət rəhbərliyinin "Rusiya bizi qorusun" tələbi ilə çıxış etməsindən sonra Rusiya Duması ötən gün təcili iclas keçirib və dövlət başçısı Vladimir Putinə lazımi tədbirlərin həyata keçirilməsini məsləhət görüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Putin ötən gün axşam saatlarında Rusiya ordusunun Krım sərhədlərindən istifadə etməsi ilə bağlı ölkə Parlamentinin Federasiya Şurasından icazə istəyib. Putin buna səbəb kimi Rusiya vətəndaşlarının və soydaşlarının həyatının təhlükəsizliyini və Krım Muxtar Respublikasındakı rus hərbi qüvvələrinə qarşı irəli sürülən təhdidləri göstərib.
Təcili olaraq keçirilən iclasda Federasiya Şurası Putinin tələblərinə cavab vermək üçün açıq səsvermə keçirib və burada Rusiya prezidentinə istədiyi səlahiyyətlər verilib. Müharibə qərarının iki dodağının arasında olan Putin isə Ukraynaya hələ ki, hərbi qüvvə göndərməyi düşünmədiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB