İkinci salfetka üçün 1,5 milyon dollar təzminat istədi

İkinci salfetka üçün 1,5 milyon dollar təzminat istədi

ABŞ-da qara dərili müştəri 2-ci dəfə salfetka istədiyi üçün aşağılandığını iddia edərək 1,5 milyon dollar təzminat istəyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kaliforniya ştatında yaşayan qaradərili Webster Lucas "Quarter Pounder Deluxe" restoranının sahibindən daha bir salfetka istədiyi zaman müəssisə müdirinin ifadə etdiyi "siz qaradərililər" ifadəsini əsas götürərək restoranı məhkəməyə verib.

Lucas məhkəməyə müracit edərək bildirib ki, müəssisə sahibinin bu ifadəsi onun psixologiyasına mənfi təsir edib. Elə buna görə də o, restorandan 1,5 milyon dollar təzminat tələb edir.

Qeyd edək ki, ABŞ-da ağ dərililərlə qara dərililər arasında bu kimi hallar tez-tez yaşanır.

Bütün xəbərlər Facebook səhifəmizdə