Aleksey Melnik: "Ukrayna müharibədə qalib tərəfdir"

Aleksey Melnik: "Ukrayna müharibədə qalib tərəfdir"

"Rusiyanın Qara dəniz hərbi donanmasının Krımdakı mövcudluğu ya kompomis, ya da ulltimatum kimi başa düşülə bilər". SİA xəbər verir ki, bu fikirləri tsn.ua-ya açıqlamasında ukraynalı politoloq Aleksey Melnik bildirib. Politoloqun fikrincə, Ukrayna hələ ki, öz sülhməramlı davranışı və qətiyyəti ilə müharibədə qalib tərəfdir: "Belə ki, mən böhranlı vəziyyət baş qaldırandan digər xarici dövlətlər tərəfindən Rusiyanı dəstəkləyən bəyanatların şahidi olmamışam".

Melnik bildirib ki, Ukrayna Xarkov razılaşmasını, eləcə də Rusiya hərbi donanmasının Krımda yerləşməsinə dair sazişi pozsa tamamilə haqlı mövqedə ola bilər. Belə ki, Rusiya tərəfi bu razılaşmaları kobud şəkildə pozub: "Biz öz evimizə "Troya atı"nı buraxmışıq və indi də onun içindən avtomat və pulyemyotlarla silahlanmış naməlum insanların çıxdığını görürük. İndi bu təhlükədən birdəfəlik xilsa olmağın zamanıdır."

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə