Misirin yeni hökuməti ölkənin müvəqqəti prezidenti qarşısında and içib

Misirin yeni hökuməti ölkənin müvəqqəti prezidenti qarşısında and içib

Misirin keçid hökumətinin yeni Nazirlər Kabinetinin ölkənin müvəqqəti prezidenti Adli Mansur qarşısında andiçmə mərasimi olub. Təntənəli mərasim Misir prezidentlərinin iqamətgahında – Qahirədəki "Əl-İttihadiyə" sarayında keçirilib.

Bir neçə gün əvvəl müvəqqəti prezident İbrahim Məhləbini ölkənin yeni Baş naziri təyin etmişdir və o, üç gün ərzində yeni hökuməti formalaşdırıb. Yeni hökumətə əvvəlki Baş nazirin müavini vəzifəsində ölkənin müdafiə naziri feldmarşal Əbdül Fəttah əs-Sisi də daxil olub. O, Misirin gələcək prezidenti vəzifəsinə ilk potensial namizəddir.

Yerli televiziyanın verdiyi məlumata görə, yeni hökumət bir neçə baş idarənin birləşməsi hesabına daha 35 nazirdən deyil, 31 nazirdən ibarət olacaq. Nazirlərin yarısından çoxu, o cümlədən DİN, XİN rəhbərləri və digər rəhbərlər əvvəlki kabinetdən yeni kabinetə keçiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə