Naməlum silahlı şəxslər Krımın DİN-in binasını ələ keçirmək istəyiblər
"Martın 1-də gecə saatlarında Kiyevdən göndərilən naməlum silahlı şəxslər Krım Muxtar Respublikası Daxili İşlər Nazirliyinin binasını ələ keçirməyə cəhd ediblər. Törədilən təxribat nəticəsində yaralananlar olub". SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Bəyanatda o da qeyd edilir ki, özünü müdafiə dəstələrinin fəaliyyəti sayəsində Daxili İşlər Nazirliyinin binasını ələ keçirmək cəhdinin qarşısı alılıb: "Son hadisələr onu göstərir ki, Kiyevdəki məlum siyasi dairələr yarımadada vəziyyəti gərginləşdirmək istəyir. Kiyevdən bu əmri verənləri təmkinli olmağa çağırırıq".
Qeyd edək ki, hadisə ilə bağlı narahat olan Krımın yeni baş naziri hətta Rusiya prezidenti Vladimir Putinə müraciət edib. Krımın yeni baş naziri həmçinin bəyan edib ki, müvəqqəti olaraq muxtar respublikanın bütün güc strukturlarını özünə tabe etdirib. Bu qərarı S. Aksyonov respublika ərazisində naməlum silahlı qruplaşmaların olması, habelə Krımdakı güc strukturlarının duruma nəzarət etmək iqtidarında olmaması ilə əlaqələndirib: "Bütün komandirlər yalnız mənim göstərişlərimi icra edəcək. Narazı olanlardan vəzifələrindən istefa vermələrini xahiş edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB