Rusiya Krıma 6 min əsgər səfərbər edib

Rusiya Krıma 6 min əsgər səfərbər edib

Ukraynanın Müdafiə Naziri vəzifəsini icra edən admiral İqor Tenyux bəyan edib ki, Rusiya Krıma 6 min əsgər səfərbər edib. Bu barədə SİA rus mətbuatına istinadən xəbər verir. O vurğulayıb ki, bununla əlaqədar Ukrayna ordusunun Krımdakı hərbi birləşmələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

İ. Tenyux həmçinin Krım ərazisində Rusiyaya məxsus 30-dək "BTR-80"-nin yerinin dəyişdirildiyini, rusiyalı hərbçilərin inzibati binaları və hərbi hissələri mühasirəyə aldığını deyib.

Xatırladaq ki, fevralın 28-də Krım Muxtar Respublikanın Nazirlər Şurasının sədri Sergey Aksyonov Krımda sülhün təmin edilməsinə kömək üçün Rusiya prezidenti V. Putinə müraciət edib. O Muxtar Respublikada qeyri-müəyyən silahlı bölmələrin yerləşdirildiyini və güc strukturlarının vəziyyəti effektiv şəkildə nəzarətdə saxlamağı bacarmadığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə