Yatsenyuk: “Rusiya Ukrayna ilə razılaşmanı pozur”

Yatsenyuk: “Rusiya Ukrayna ilə razılaşmanı pozur”
Arseniy Yatsenyuk bəyan edib ki, Rusiya hərbi birləşmələrinin ölkə ərazisində hərəkətə gəlməsi Ukrayna ilə daha öncədən əldə edilmiş razılaşmanı pozur. SİA tsn.ua agentliyinə istinadən xəbəbr verir ki, Ukraynanın baş nazirinin sözlərinə görə, rus hərbi birləşmələrinin Krım yarımadasına daxil olması, xüsusilə, Qara dəniz donanmasının müdaxiləsi əldə edilən bütün razılaşmaları pozur.

Bu arada ölkənin müdafiə naziri vəzifəsini müvəqqəti olaraq icra edən İqor Tenyux qeyd edib ki, rus hərbi birləşmələri Ukrayna sərhədlərini havadan da pozublar. "Onlar Krımda dislokasiya olunublar" - deyə qeyd edən Tenyux onu da bildirib ki, hazırda Krımda 8 hərbi yük daşıyıcısı olan İL-76 təyyarəsi, 10 ədəd Mi-8 və Mi-9 helikopterləri, eləcə də 30 zirehli maşın mövcuddur.

Xatırladaq ki, bundan öncə Simferopolda da 10 ədəd Rusiya hərbi birləşmələrinə məxsus zirehli texnikanın olduğu bildirilib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com