Krımın yeni baş naziri Sergey Aksyonov Rusiya prezidenti Vladimir Putinə müraciət edib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, yeni baş nazir muxtar respublikada sabitliyin təmin olunması üçün Moskvadan yardım istəyib.
Krımın yeni baş naziri həmçinin bəyan edib ki, müvəqqəti olaraq muxtar respublikanın bütün güc strukturlarını özünə tabe etdirib. Bu qərarı S. Aksyonov respublika ərazisində naməlum silahlı qruplaşmaların olması, habelə Krımdakı güc strukturlarının duruma nəzarət etmək iqtidarında olmaması ilə əlaqələndirib: "Bütün komandirlər yalnız mənim göstərişlərimi icra edəcək. Narazı olanlardan vəzifələrindən istefa vermələrini xahiş edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB