"Rusiyanın Ukrayna daxilində hərbi xarakterli addımlar atması haqda xəbərlərdən çox narahatıq, çünki Rusiyanın Ukrayna ilə tarixən yaxın münasibətləri, o cümlədən mədəni, iqtisadi əlaqələri olub. Bundan başqa, Rusiyanın Krımda hərbi bazası var". SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama Ukraynadakı son hadisələrlə bağlı bəyanatında deyib.
Obama çıxışı zamanı bildirib ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına yönələn istənilən addım sabitliyin ciddi şəkildə pozulması ilə nəticələnəcək: "Bu isə nə Ukraynanın, nə Rusiyanın, nə də Avropanın maraqlarına uyğundur. Bu müdaxilə Ukrayna xalqının işlərinə qarışmaq, Rusiyanın beynəlxalq konvensiyaları pozması demək olardı. Bütün dünyanın Soçi olimpiadasına yığışmasından az sonra bu hadisələr beynəlxalq ictimaiyyətin qəti şəkildə pislədiyi əməl olardı. Əlbəttə onda ABŞ Ukraynaya istənilən hərbi müdaxiləyə görə ölçü götürülməsi üçün beynəlxalq ictimaiyyətlə birlikdə hərəkət edəcək".
Obama eyni zamanda Rusiyandan stabilliyin bərpası, gələcəyinin müəyyən olunmasında və demokratiya quruculuğunda Ukrayanaya dəstək verən beynəlxalq ictimaiyyətə qoşulmasını tələb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB