Misirdə Milli Təhlükəsizlik Şurası yaradılıb

Misirdə Milli Təhlükəsizlik Şurası yaradılıb

Misirin müvəqqəti prezidenti Adli Mansur Milli Təhlükəsizlik Şurasının yaradılması haqqında fərman imzalayıb.
Şura ölkə prezidentinin rəhbərliyi altında fəaliyyət göstərəcək. Onun tərkibinə Baş nazir və parlamentin sədri, habelə müdafiə, daxili işlər, xarici işlər, ədliyyə, maliyyə, səhiyyə, təhsil, kommunikasiya nazirləri, ümumi kəşfiyyatın rəhbəri və ölkə parlamentinin Müdafiə və milli təhlükəsizlik komissiyasının sədri daxildirlər.
Fərmanda qeyd edilir ki, komissiyanın iclası Misirin prezidenti tərəfindən üç aydan bir və zərurət yaranarkən çağırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə