Məktəbliləri daşıyan avtobus aşdı: 15 nəfər öldü

Məktəbliləri daşıyan avtobus aşdı: 15 nəfər öldü

Məktəbliləri daşıyan avtobusla yük maşınının toqquşması nəticəsində 15 nəfər həlak olub, 30-dan çoxu isə yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında Tailandda baş verib. Belə ki, avtobus şagird və müəllimləri Pataya kurort zonasına apararkən qəzaya uğrayıb. Həlak olanların 13-ü şagird, 2-si isə müəllim olub. Onlardan 11 nəfəri yerində, digərləri isə xəstəxanada həlak olublar.

Yerli polisin verdiyi ilkin məlumata görə, hadisəyə ya avtobusun əyləc sistemində olan problem, ya da sürücünün sükan arxasında yuxulaması səbəb olub.

Qeyd edək ki, Dünya Sağlamlıq Təşkilatının hesablamalarına görə, Tailandda 100 nəfərdən 38-i qəza nəticəsində həlak olur.

Bütün xəbərlər Facebook səhifəmizdə