Krım Ali Radası Rəyasət Heyəti sakinlərə müraciət edib

Krım Ali Radası Rəyasət Heyəti sakinlərə müraciət edib

Krım Ali Radası Rəyasət Heyətinin referendumun keçirilməsi haqda qərar qəbul edərək sakinlərə müraciət edib. Bu barədə SİA Krım informasiya agentlyinə istinadən xəbər verir.

Krımın sakinlərinə edilən müraciətdə deyilir: "Radikal millətçilərin Ukraynada hakimiyyəti ələ keçirməsi nəticəsində Krımda sabitlik təhlükə altına düşüb. Ukrayna xaos, hərcmərclik və iqtisadi fəlakətə yuvarlanır. Bu şəraitdə Krım Ali Radası muxtar respublikanın taleyinə görə məsuliyyəti öz üzərinə götürür. Radanın Rəyasət Heyətinin üzvləri əmindir ki, muxtar respublikanın statusunun təkmilləşdirilməsi və səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı referendumun keçirilməsi kənar təzyiq olmadan muxtariyyatın gələcəyini müəyyən etməyə kömək edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə