İordaniya parlamenti İsrail səfirinin ölkədən çıxarılmasını tələb edir

İordaniya parlamenti İsrail səfirinin ölkədən çıxarılmasını tələb edir

Fevralın 26-da İordaniya Haşimilər Krallığının parlamenti İsrailin Əmmandakı səfirinin ölkədən çıxarılmasına və İordaniyanın İsraildəki səfirinin geri çağırılmasına səs verib. Bu qərar İordaniyanın Qüds və Fələstindəki müsəlman və xristian məbədləri üzərində suverenliyinin ləğv edilməsi məsələsinin İsrail Knessetində müzakirəsinə cavab olaraq qəbul edilib. Bu barədə "Petra" dövlət agentliyi xəbər verib.

Parlament üzvlərinin fikrincə, Knessetdə bu mövzuda müzakirələr İordaniya ilə İsrail arasında sülh müqaviləsinin əsaslarını sarsıda bilər. Deputatlar qeyd ediblər ki, əgər İsrail Qüdsdəki Əl-Əksa məscidi üzərində İsrailin suverenliyini bərqərar etsə, hökumət iki ölkə arasında sülh müqaviləsinin pozulması haqqında qanun layihəsi hazırlamalıdır.

Qeyd etmək lazımdır ki, 2013-cü ilin mayında İordaniya parlamenti artıq belə qərar qəbul etmişdi, lakin İordaniya kralı II Abdulla onu təsdiq etməmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə