Sevastopolun “Berkut” xüsusi təyinatlıları Kiyevə tabe olmaqdan imtina etdi

Sevastopolun “Berkut” xüsusi təyinatlıları Kiyevə tabe olmaqdan imtina etdi
Sevastopolda fəaliyyət göstərən "Berkut" xüsusi təyinanlıları silahlı birləşmənin buraxılması haqqında qərara tabe olmadıqlarını bildiriblər. Xüsusi təyinatlıların Sevastopol təmsilçiliyinin rəhbərliyi bəyan edib ki, silahlı birləşmə Ukrayna Daxili İşlər Nazirliyinin verdiyi qərarı qəbul etmirlər və şəhər milisinin tərkibində qulluqlarını davam etirməkdədirlər.

SİA unian.net informasiya portalına istinadən xəbər verir ki, Sevastopol şəhərinin girişində blokpostlar qurulub və həmin blokpostları məhz "Berkut" xüsusi təyinatlıları mühafizə edir.

Xatırladaq ki, bu gün Sevastopola Rusiya Federasiyası prezidentinin müşaviri, Dumanın deputatı Aleksey Juravlyovun da səfəri gözlənilir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB