Radoslav Sikorskiy: “Qisasçılıq hissindən uzaq olun”

Polşanın xarici işlər naziri ukraynalılara çağırış etdi
Radoslav Sikorskiy: “Qisasçılıq hissindən uzaq olun”
Polşanın xarici işlər naziri Radoslav Sikorskiy Ukrayna xalqına müracət edib. SİA unian.net informasiya portalına istinadən xəbər verir ki, polşalı nazir Ukrayna xalqını qisasçılıq hissindən uzaq olmağa çağırıb.

Radoslav Sikorskiy "Gazeta Wyborcza"ya verdiyi açıqlamasında bildirib ki, məhz bu amil Ukraynanın Avropaya inteqrasiya istiqamətindəki müqəddəratına təsir edə bilər.

"Artıq ukraynalılar qanlarını boş yerə axıtmadıqlarını sübut etməlidirlər. Əgər qisasçılıq hissləri davam edərsə, yenidən qanlar tökülərsə, Ukraynanın Avropaya inteqrasiyasında problemlər baş qaldıra bilər və siyasi böhran həll olunmamış qalar" - deyə polşalı nazir vurğulayıb.

Qeyd edək ki, artıq bir neçə gündür ki, iqtidara gəlmiş Ukrayna müxalifəti ilə ölkənin Şərqində yaşayan və inteqrasiya əleyhinə olan ukraynalılar arasında zaman-zaman qarşıdurmalar yaşanmaqdadır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB