Xalq Məclisi krımlıları mitinqlərə çağırdı
Krım tararları ayağa qalxdı
Krım tatarlarının Ali Məclisi krımlıları ölkənin parçalanmaması üçün mitinqlərə çağırdı. SİA Ukraynanın unian.net informasiya portalına istinadən xəbər verir ki, artıq saat 13:00-dan başlayaraq, kütləvi mitinqlərə sart verilib. Aksiya "Ukraynanın ərzai bütövlüyünü qorumaq və Ali Radanın bu istiqamətdə atdığı addımların qarşısını almaq" şüarı ilə keçirilir.

Krım tararları Ali Məclisinin rəsmisi Zair Smedlyayev mətbuata açıqlamasında, eləcə də sosial şəbəkədəki bildirişində qeyd edib ki, Məclis onlara qarşı düzənlənən haker hücumları nəticəsində işini normal qura bilmir.

Qeyd edək ki, bir sıra informasiya mərkəzlərində Rusiya hərbçilərinin Krıma doğru hərəkət etdikləri barədə qeyri-rəsmi xəbərlər yer almaqdadır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com