“BERKUT” buraxıldı

Ukrayna Daxili İşlər Nazirinin səlahiyyətlərini icra edən Arsen Avakov öz facebook səhifəsində "BERKUT" xüsusi təyinatlı dəstənin buraxıldığını yazıb. SİA Ukraynanın unian.net informasiya portalına istinadən xəbər verir ki, artıq bu adda xüsusi təyinatlı dəstə fəaliyyət göstərməyəcək: "25 fevral 2014-cü il tarixində 144 saylı əmr verdim. Bundan sonra "BERKUT" xüsusi təyinatlı milis dəstəsi öz icrasını dayandıracaq.

Avakov bu barədə keçirəcəyi xüsusi brifinqdə daha ətraflı bəhs edəcəyini qeyd edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə