Cari ildə Missuri ştatında 4 məhkum edam edilib "DEMOKRATİYA"

Cari ildə Missuri ştatında 4 məhkum edam edilib "DEMOKRATİYA"

ABŞ-ın Missuri ştatında 25 il əvvəl 15 yaşlı gənc qızı qaçırıb təcavüz etdikdən sonra onu öldürən məhkum edam edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 47 yaşlı Michael Taylor ştatın Bonne Terre şəhər həbsxanasında ölümcül dozada zəhərli iynə ilə öldürülüb.

Taylorın vəkilləri edamda istifadə edilən dərmanların məhkumu ağrı verərək öldürəcəyini iddia edərək edamın təxirə salınmasını tələb edib. Lakin Apelyasiya Məhkəməsi şikayəti rədd edib.

Qeyd edək ki, Taylor və onun həyat yoldaşı Roderick Nunley 22 mart 1989-cu ildə Kanzas City-də 15 yaşlı Ann Harrisonu qaçırıb. Ər və arvad gənc qıza əvvəl təcavüz etdikdən sonra onu bıçaqlayaraq öldürüblər. Taylordan sonra Nunleyi də edam cəzası gözləyir.

Xatırladaq ki, Taylor cari ildə Missuri ştatında edam edilən dördüncü məhkumdur.

Bütün xəbərlər Facebook səhifəmizdə